Neft-qaz və qeyri-neft-qaz sektoruna 4,5 milyard dollar birbaşa xarici investisiya yatırılıb

2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.

S.Nəsirov qeyd edib ki, Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 milyard dollara (2023-cü ilin eyni dövründə 998 milyon dollar) bərabər olub. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.