Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası tikilir

Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası inşa olunur.

Trend xəbər verir ki, bu barədə “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində bildirib.

“Hazırda Qarabağ və Şərqi Zəngəzurda 32 yeni elektrik stansiyası inşa olunur. Bu elektrik stansiyalarının ümumi gücü 270 meqavat təşkil edəcək. Bu stansiyalar Qarabağ və Şərqi Zəngəzuru tamamilə “yaşıl” enerji ilə təmin edəcək. Əlavə “yaşıl” enerji isə xaricə ixrac olunacaq”, - o qeyd edib.