Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq

2024-cü il oktyabrın 30-dan noyabrın 1-dək Almatıda 22-ci Qazaxıstan Beynəlxalq “Energetika, elektrotexnika və energetika maşınqayırması” – “Powerexpo Almaty 2024” sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan, Avstriya, Belarus, Almaniya, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Tailand, Türkiyə, Özbəkistan və Çexiya daxil olmaqla 12 ölkədən 178 şirkət iştirak edəcək.

“Powerexpo Almaty” layihəsi 2001-ci ildən bəri mütəxəssislərə enerji sənayesi üçün müasir avadanlıq, texnologiyalar və xidmətlərin tam çeşidini nümayiş etdirir. Sərgi işgüzar görüşlər, təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və danışıqların aparılması üçün ənənəvi platformaya çevrilib.

İllik tədbir elektrik avadanlığı istehsalçılarını, təchizatçılarını və istehlakçılarını bir araya gətirir, geniş işgüzar ünsiyyət və bütün iştirakçılar tərəfindən yüksək kommersiya nəticələrinə nail olmaq üçün imkanlar yaradır.