Rusiya Azərbaycan və Gürcüstana qəza vəziyyətlərində enerji idxalının mümkünlüyü barədə sorğu göndərib

“İnter RAO” fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycandan elektrik enerjisi idxalı imkanlarını nəzərdən keçirir.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Biz iki ölkəyə müraciət etdik. Azərbaycan və Gürcüstandan fövqəladə hallarda tədarükün mümkünlüyü barədə soruşduq", - Panina deyib.

 

Qeyd edək ki, iyul ayında Rusiyanın cənubunda Rostov Atom Elektrik Stansiyasında generasiya avadanlığının işindəki nasazlıq səbəbindən enerji istehlakının məhdudlaşdırılması üçün müvəqqəti qrafiklər tətbiq edilib.