Ufuk Yalçın: "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası yük daşımalarının coğrafiyasını genişləndirəcək "

"TCDD Taşımacılık" şirkətinin rəhbəri Ufuk Yalçın, Azərbaycanın təşəbbüsü ilə yaradılan "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası yük daşımalarının coğrafiyasını genişləndirəcəyini düşünür.

Trend xəbər verir ki, bu barədə “Türkiyə Dövlət Dəmir Yolları” idarəsinin sədri Ufuk Yalçın Bakıda "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı keçirilən konsultativ görüşdə bildirib.

"O, 2020-ci ildən etibarən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başladığını, 2024-cü ildən etibarən isə illik tutumunun 1 milyon tonadan 5 milyon tona artırıldığını bildirib. Bu, Avrasiya Nəqliyyat Dəhlizi çərçivəsində mühüm bir marşrutdur", - U. Yalçın əlavə edib.

Onun sözlərinə görə, bu infrastruktur Avropa ilə Asiya arasında yük daşımalarını kəsintisiz təmin edəcək.

"Yeni ölkələrin iştirakı ilə Avrasiya marşrutunun inkişafı təşəbbüsü effektiv və kommersiya baxımından cəlbedici olacaq", - Türkiyənin nümayəndəsi qeyd edib.