"Avrasiya Multimodal Nəqliyyat Marşrutu" beynəlxalq assosiasiyasının yaradılması təşəbbüsünə  Çin də qoşulmaq istəyir

Çin Avrasiya regionu vasitəsilə yük daşımalarının artırılmasına maraq göstərir və "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" beynəlxalq assosiasiyasının yaradılması təşəbbüsünə qoşulur.

Trend xəbər verir ki, bu barədə Çin dəmir yolu konteyner daşımaları korporasiyasının rəhbəri Yan Bin Bakıda "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı keçirilən konsultativ görüşdə bildirib.

Onun sözlərinə görə, bu orqan "Bir Kəmər, Bir Yol" layihəsinin inkişaf konsepsiyasına uyğun gəlir.

"İlin əvvəlindən etibarən, biz Avrasiya vasitəsilə Avropaya 200 konteyner blok-qatarı daşımışıq və bu daşımaların artması davam edəcək", - Yan Bin vurğulayıb.

O, əlavə edib ki, Çinin 40 şəhəri müxtəlif nəqliyyat marşrutları ilə 225 Avropa şəhəri ilə bağlıdır və bu marşrutlar arasında Orta Dəhliz xüsusi əhəmiyyət qazanıb.

Yan Bin, bu marşrutda qatarların sayının və daşımaların həcminin artırılacağını da bildirib.

Qeyd edək ki, Azərbaycan Avstriya və Çinin iştirakı ilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə regionunda beynəlxalq daşımaların koordinasiyasını yaxşılaşdırılması məqsədilə "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsünü təqdim edib.

Assosiasiya kollegial orqan olacaq və marşrutun konsepsiyasının, tarif siyasətinin və rəqəmsallaşmanın hazırlanmasını idarə edəcək.

 

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edinYan Bin, bu marşrutda qatarların sayının və daşımaların həcminin artırılacağını da bildirib.