Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu Ağdamda  açılıb

“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur.

Bu barədə Trend-in suallarını cavablandırarkən “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əli Əliyev deyib.

O qeyd edib ki, “Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

 

"Zavodda hazırda 18 nəfər işlə təmin olunub. İşçilərinin sayının 76 nəfərə çatması nəzərdə tutulur. Müəssisənin investisiya həcmi 8 milyon manatdır. İllik gücü 2,1 milyon ədəd rulon artıqdır. Alman texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır", - deyə o əlavə edib.

Gallery