Azərbaycanda dəmir yolları ilə sərnişindaşıma artıb

Bu ilin avqust ayında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.

 

"Həmçinin, ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub", - deyə məlumatda qeyd olunub.