“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydası təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb

Qeyd edilib ki, “Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının müəyyənləşdirilməsi, habelə onların geyim forması, fərqlənmə nişanlarının təsviri və daşınması ilə bağlı məsələlərin tənzimlənməsi təmin ediləcək.