Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb.

Azərbaycan Dəmir Yollarından AZƏRTAC-a bildirilib ki, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

Müvafiq razılaşmaya əsasən, blok qatarlar gündə bir dəfə olmaqla, Sian-Bakı marşrutu ilə yola salınacaq.