Türkiyə ilə sığorta sahəsində əlaqələr gücləndirilir

Bakı, 14 aprel, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.

O qeyd edib ki, görüşdə sığorta sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinin ölkələrimizin iqtisadi inkişafındakı rolu və potensial əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.