Ötən il Tacikistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6,5 milyon dollar olub

Bakı, 5 aprel, AZƏRTAC

Tacikistan və Azərbaycan arasında ticarət əlaqələri sürətlə dərinləşir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 6,5 milyon dollar təşkil edib.

DHA Press xəbər verir ki, bu barədə Tacikistanın Dövlət İnvestisiya Komitəsinin rəhbəri Saadi Kadirzoda məlumat verib.

Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iki dövlətin qarşılıqlı ticarət və malların tranziti göstəricilərinin artırılması üçün böyük potensiala malik olduğu vurğulanıb.