Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah ilə görüşüb.
KOBİA-dan DHA Press-ə bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsinə, KOBİA nümayəndələrinin və Azərbaycan iş adamlarının Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.