İlin əvvəlindən Türkiyənin BƏƏ-nə elektrik avadanlıqları ixracı 139 milyon dolları ötüb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Birləşmiş Ərəb Əmirliklərinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 139,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə BƏƏ-nə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,8 faiz azalaraq 15,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, 10,6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 11,9 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022-avqust 2023) Türkiyə 16,1 milyard dollar məbləğində elektrık avadanlıqları ixrac edib.