Pekində Azərbaycan Ticarət Evi açılacaq

Çinin paytaxtı Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

"Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik", - deyə nazir əlavə edib.

Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.