Azərbaycandan Rumıniyaya məhsul ixracı 17 dəfədən çox artıb

Cari ilin yanvar ayında Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 115 milyon ABŞ dolları olub.

Trend-in Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 105,3 milyon ABŞ dolları və ya 12 dəfə çoxdur. Belə ki, 2024-cü ilin yanvarında Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyon ABŞ dolları təşkil edib.

Ötən ay Azərbaycandan Rumıniyaya ixrac olunan məhsulların dəyəri 106,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 100,1 milyon ABŞ dolları, yaxud da 17,5 dəfə çoxdur. 2024-cü ilin yanvarında Azərbaycandan Rumıniyaya ixrac olunan məhsulların dəyəri 6,1 milyon ABŞ dolları idi.

 

Bəhs olunan dövrdə Rumıniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 8,8 milyon ABŞ dollar təşkil edib ki, bu da, illik müqayisədə 5,1 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur. 2024-cü ilin yanvar ayında Çexiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri 3,7 milyon ABŞ dolları olub.

Hesablamalardan aydın olur ki, yanvarda Azərbaycandan Rumıniyaya ixrac edilən məhsulların dəyəri idxalı 97,4 milyon ABŞ dolları, yaxud da 12,1 dəfə üstələyir.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanla Rumıniya arasındakı ticarət dövriyyəsinin həcmi 562,8 milyon ABŞ dolları təşkil edib. Bu ölkəyə ixracın həcmi 476,9 milyon ABŞ dolları, idxalın həcmi 85,9 milyon ABŞ dolları olub.