İqdır-Naxçıvan qaz kəmərinin ötürücülük qabiliyyətini genişləndirmək perspektivi var.
Trend xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qaz kəmərinin işə salınması mərasimində bəyan edib.
“Bu çox əlamətdar bir hadisədir. Bu layihə Naxçıvana enerji tədarüklərini şaxələndirir. Bu layihə əhalinin rifahına xidmət edəcək. Gələcəkdə onun ötürücülük qabiliyyətini genişləndirmək imkanı var. O region üçün böyük önəm kəsb edir”, -deyə nazir bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu layihə regionun inkişafında mühüm rol oynayacaq.