Yaponiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.
Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Bakıda İmperator Naruhitonun doğum günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 428 milyon ABŞ dolları təşkil edib.
"Ölkələrimiz müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirir. Yaponiya şirkətləri Azərbaycanda mühüm layihələrdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa işlərində fəal iştirak edirlər", - E.Məmmədov bildirib.
Nazir müavini onu da vurğulayıb ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət və kənd təsərrüfatı ilə məşğul olan 47 Yaponiya şirkəti fəaliyyət göstərir.