Ötən ay dəmir yolu ilə 700 mindən çox sərnişin daşınıb

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15 faiz üstələyib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.