Ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4 milyard manatı ötüb

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi 4,248 milyard manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

 

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 643 milyon manat və ya 17,8% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən ticarət müəssisələrinə verilmiş biznes kreditlərinin həcmi 3,605 milyard manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,787 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2,170 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,616 milyard manat idi.