“Alstom” Qazaxıstandan Azərbaycana 40 yük lokomotivini uğurla ixrac edərək, şirkətin regiondakı fəaliyyətində mühüm mərhələni qeyd edib.
Bunu Trend-ə müsahibəsində “Alstom”un Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Cerom Boye deyib.
“Biz fəxrlə bildiririk ki, “Alstom” Qazaxıstandan Azərbaycana 40 yük lokomotivini uğurla ixrac edib. Bu nailiyyət Qazaxıstanın dəmir yolu sənayesinin artan əhəmiyyətini vurğulayır. Qazaxıstandakı fəaliyyətimizin strateji əhəmiyyəti böyükdür, çünki Qazaxıstan, Mərkəzi Asiyada dəmir yolu nəqliyyatı üçün ən böyük bazardır", - deyə o bildirib.
Boye şirkətin regional fəaliyyətində Qazaxıstanın strateji rolunu qeyd edib.
"Qazaxıstan “Alstom”un əməliyyatları üçün əsas mərkəzdir və şirkətə bütün Mərkəzi Asiya regionunda layihələri effektiv şəkildə idarə etməyə və dəstəkləməyə imkan verir. Qazaxıstan bizə yerli təcrübədən istifadə etməklə və güclü tərəfdaşlıqları gücləndirməklə regionda fəaliyyətləri effektiv idarə etmək və dəstəkləmək imkanı verir", - deyə Boye vurğulayıb.