Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə ötən il qazın nəqli artıb

Ötən il magistral qaz kəmərləri ilə 40 348,3 milyon kub-metr qaz nəql edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu göstərici əvvəlki ilə nisbətən 2,7 faiz artıb.

Qeyd olunub ki, qazın nəqlinin 56,6 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 22 851,9 milyon kub-metr (əvvəlki ilə nisbətən 4,3% çox) qaz ötürülüb.