Azərbaycanda investisiyaların idarə edilməsi ilə bağlı yeni informasiya sistemi yaradılacaq

Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq.

Trend-in əldə etdiyti məlumata görə, eyni zamanda, bununla bağlı əlaqədar xidmətlər həyata keçiriləcək.

Belə ki, artıq sözügedən işlərlə əlaqədar “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq işlər start götürüb.

 

Qurum yeni informasiya sisteminin yaradılmasının 3,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 037 335.75 manat olan MMC-nin qanuni təmsilçisi İsgəndərov Anar Sabir oğludur.