“Bizim bir neçə davam edən layihəmiz var. Əvvəllər Türk Dövlətləri Təşkilatı ilə birlikdə E-TIR, E-CMR kimi təşəbbüslər üzərində işləmişik. Biz təkcə üzv dövlətlərlə deyil, həm də BMT İqtisadi Əməkdaşlıq və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik”.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlaması zamanı bildirib.
“Gömrük sahəsində həll etməyə çalışdığımız məsələlər Türk Dövləti Təşkilatına (TDT) üzv ölkələrin biznesinə və insanlara daha çox çeviklik təmin etmək məqsədi daşıyır”, - deyə Baş katib qeyd edib.