Azərbaycan İstanbul Konvensiyasına qoşulmaq üçün lazımi addımlar atacaq - Şahin Bağırov

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi İstanbul Konvensiyasına qoşulma mərhələsində lazımi addımlar atacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca 10-cu iclasında etdiyi çıxışda bildirib.

“Türkiyənin Gömrük Xidməti ilə görüş çərçivəsində ikitərəfli əməkdaşlıq uğurlu qarşılıqlı fəaliyyət nümunəsi oldu. Müxtəlif məsələlər, o cümlədən, müvəqqəti idxal üzrə İstanbul Konvensiyasına qoşulmaq üzrə Türkiyə təcrübəsinin öyrənilməsi üzrə görüşlər təşkil edildi. Fürsətdən istifadə edərək, Azərbaycan nümayəndə heyətinə belə bir imkan yaratdığına görə Türkiyə Gömrük Xidmətinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Azərbaycan Dövlət Gömrük Komitəsi İstanbul Konvensiyasına qoşulma mərhələsində müvafiq addımlar atır", – deyə o əlavə edib.

 

Ş.Bağırov, eyni zamanda, Türkiyə Gömrük Xidmətinin məlumat təhlili və risklərin idarəedilməsi sistemlərinin tətbiqi üzrə təcrübələrinin öyrənilməsi üçün xidmətlə görüşlərin keçirildiyini vurğulayıb.

“Bu tədbirlər məlumatların işlənilməsinin və potensial risklərin aşkarlanmasının effektivliyini artırmağa hədəflənib. Biz Türkiyə təcrübəsinin bizim üçün çox faydalı olacağına əminik”, - deyə o əlavə edib.