Ötən ilin neft-kondensat hasilatının həcmi açıqlandı

Ötən ilin neft-kondensat hasilatının həcmi açıqlanıb.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"2024-cü ildə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 29,1 mln. ton, ixraca nəql edilən həcmlər isə 24,4 mln. ton olub. Ötən il 2023-cü illə müqayisədə 2 mlrd.m3 artımla 50,3 mlrd.m3 qaz hasil edilib. 25,2 mlrd.m3 qaz isə ixrac olunub", - nazir qeyd edib.

Xəbər yenilənəcək

Gallery