Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,15 ABŞ dolları, yaxud 0,19% artaraq 79.63 ABŞ dolları olub.

Trend xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 77,89 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.