Azərbaycanda yeni xalça emalı sexi tikiləcək – 1,8 milyona başa gələcək

Sumqayıt şəhərində xalça emalı sexi tikiləcək.

Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.

Məlumata görə, xalça emalı sexi Sumqayıt Kimya Sənayesi Parkında "Azərxalça” ASC-yə məxsus mövcud təmiz yun anbarının daxilində inşa olunacaq.

 

“Azərxalça” ASC emal sexinin inşası işlərinin 1,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 15 000 000 manat olan ASC-nin qanuni təmsilçisi Məmmədov Emin Səlhab oğludur.