Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq

Azərbaycanda süni intellekt laboratoriyası yaradılacaq.

Bu barədə Trend-ə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.

Belə ki, ölkədə Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyasının yaradılması ilə bağlı avadanlıqlar və əlaqədar xidmətlər satın alınacaq.

Məlumata görə, artıq bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırlıq işlərini yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Bakinity Distribution" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 603,2 min manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Bakinity Distribution" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 min manat olan şirkətin qanuni təmsilçisi Qəmbərov Eldar Fikrət oğludur.