Xanımlar liman sənayesində rəhbər və inzibati rolların 42%-ni tuturlar - Bakı Limanı

Beş illik göstəricilərə əsasən, xanımlar liman sənayesində rəhbər və inzibati rolların 42%-ni tuturlar.

Trend xəbər verir ki, bunu Bakı Limanının İnsan resursları departamentinin aparıcı mütəxəssisi Nuranə Muradova "Azərbaycanda Qadınların İş və Karyera İnkişafının Təşviqində Liderlik Nailiyyətləri" adlı tədbirdə deyib.

O bildirib ki, iki il bundan əvvəl bu göstərici 5% təşkil edirdi:

"Əlbəttə, bu, bizim üçün böyük bir uğurdur. İki il öncəyə qədər Bakı Limanında xanımların sayı 5% təşkil edirdi. Lakin bu gün artıq bu rəqəmi 11%-ə çatdırmışıq.

Limanın inkişaf strategiyasına uyğun olaraq 2030-cu ilə qədər bu sayı 20%-ə çatdırmağı planlaşdırırıq. Bunun üçün Bakı Limanı bir çox layihələr həyata keçirməkdədir".