Yanvar-sentyabr aylarında idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 698 milyon dollar gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib. O qeyd edib ki, bunun 207 milyon dolları üçüncü rübün payına düşüb.