Doqquz ayda tədiyə balansının ehtiyat aktivləri 182 milyard dollar artıb

2024-cü ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 182 milyard dollar artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov 2024-cü ilin 3-cü rübü üzrə tədiyə balansının açıqlanmasına dair brifinqdə deyib.

S.Nəsirov qeyd edib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında bu rəqəm 6,4 milyard dollar təşkil edib.