AİB Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozlarını yenidən nəzərdən keçirib

Asiya İnkişaf Bankı (AİB) 2024-cü il üçün Qafqaz və Mərkəzi Asiya bölgəsi üzrə iqtisadi artım proqnozunu 4,7 faizdən 4,9 faizə yüksəldib.

Trend xəbər verir ki, bank 2025-ci il üçün isə artım proqnozunu 5,2 faizdən 5,3 faizə qədər artırıb.

"Bu düzəliş Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda gözləntiləri üstələyən davamlı iqtisadi artımı əks etdirir. Azərbaycanın iqtisadiyyatı 2024-cü ilin ilk üç rübündə qeyri-neft sektorlarının inkişafı və dövlət investisiyalarının dəstəyi sayəsində 4,7 faiz artıb.

Eyni dövrdə Gürcüstanın ÜDM artımı yüksək istehlakın, kreditləşmənin, əməkhaqqı artımının və infrastruktur layihələrinə dövlət xərclərinin dəstəyi ilə 9,8 faiz təşkil edib", - deyə Bankın son proqnozunda qeyd olunur.

AİB ekspertlərinin qiymətləndirməsinə görə, Tacikistanın iqtisadiyyatı iri pul köçürmələri və qızıl ixracı nəticəsində 8,4 faiz artım göstərib.

"Özbəkistanda, əsasən, kapital yatırımlarındakı kəskin artım sayəsində iqtisadiyyat 2024-cü ilin ilk doqquz ayında 6,6 faiz artıb. Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Türkmənistan üçün artım proqnozları isə dəyişməz qalır", - deyə hesabatda vurğulanır.

Subregionun ən böyük iqtisadiyyatı olan Qazaxıstanın ÜDM artımı 2024-cü ilin yanvar-sentyabr dövründə 4 faiz səviyyəsində qiymətləndirilib.

"Əsas iqtisadi sektorlardan biri olan kənd təsərrüfatı əlverişli hava şəraitinin təsiri ilə ötən ilin eyni dövründəki 9,9 faizlik azalmadan sonra bu il 11,4 faiz artım göstərib. Tikinti, nəqliyyat, ticarət və istehsalat da ümumi artıma töhfə verib. Lakin oktyabr ayında mərkəzi bank tərəfindən açıqlanan ümumi biznes aktivliyi və işgüzar iqlim indeksləri qismən xidmət sektorundakı azalmalar səbəbindən aşağı düşüb.

2024-cü ilin ilk doqquz ayında Qazaxıstanda neft hasilatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb. 2024-cü il 3 noyabr tarixində OPEC+ neft hasilatının könüllü azaldılmasının dekabr ayının sonuna qədər uzadıldığını kollektiv şəkildə elan edib", - deyə hesabatda bildirilib.

"Özbəkistanda, əsasən, kapital yatırımlarındakı kəskin artım sayəsində iqtisadiyyat 2024-cü ilin ilk doqquz ayında 6,6 faiz artıb. Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Türkmənistan üçün artım proqnozları isə dəyişməz qalır", - deyə hesabatda vurğulanır.