Xocalıda daha bir layihənin icrasına başlanılıb

Xocalı rayonu Əsgəran qəsəbəsində daha bir layihənin icrasına başlanılıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Xocalı rayonu Əsgəran qəsəbəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin həmtəsisçisi olduğu "Shahbulag Mining" MMC daha bir layihənin icrasına başladı. İllik istehsal gücü 60.000 ton olan "AzCement" sement zavodunda 70 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.

Zavod işğaldan azad edilmiş ərazilərin infrastrukturunun və sənaye potensialının gücləndirilməsinə, regionun iqtisadi inkişafına töhfə verəcək”, - deyə paylaşımda qeyd olunub.