COP29: Tural Süleymanov: COP29-da “Pavilyonlar zonası”nda 155 pavilyonun quraşdırılması planlaşdırılır

“Mavi zona”da son yekunlaşdırma işləri aparılır. Bu zona bir neçə ərazidən ibarətdir. Müxtəlif görüşlər üçün 26, yan tədbirlər üçün 9 görüş otağı vardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-da Məkanın idarə olunması departamentinin direktoru Tural Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Xüsusi tədbirlər üçün yeni ayrılmış otaqların olduğunu diqqətə çatdıran T.Süleymanov əlavə edib: “İştirakçılar burada həm danışıqlar apara, həm də öz görüşlərini həyata keçirə bilərlər. Otaqlar hər bir maddi-texniki avadanlıqla təmin olunub. Xüsusi ərazilərdən biri də “Pavilyonlar zonası”dır. Həmin ərazidə 155 pavilyonun quraşdırılması planlaşdırılır. Hazırda orada işlər davam etdirilir. Bu ayın sonuna tikinti işlərinin yekunlaşması nəzərdə tutulur. Həmin ərazidə müxtəlif ölkələrin pavilyonları olacaq”.