COP29: Pirim Pirimov: COP29 üçün media mərkəzi tam hazır vəziyyətdədir

Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. Biz eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaratmışıq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-da Media departamentinin rəhbəri Pirim Pirimov söyləyib.

O deyib: “Xırda detallar var ki, üzərində işlər gedir. Media - TV və radio, yazılı mətbuat üçün iş otaqları ayrılıb. TV və radio yayımçıları üçün 330, yazılı mətbuat üçün isə 300 iş masası ayrılıb”.

İndiyədək 2700 media nümayəndəsinin qeydiyyatdan keçdiyini diqqətə çatdıran P.Pirimov əlavə edib: “Media mərkəzinin iş saatları səhər saat 8-dən axşam saat 8-dək davam edəcək. Təbii ki, burada istisna hal da var. Belə ki, son iclas bitəndən sonra media mərkəzi əlavə olaraq iki saat fəaliyyət göstərəcək”.