COP29 Nəqliyyat Departamentinin rəhbəri: Şəhərin mərkəzində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb

COP29-un keçirildiyi dövrdə şəhərin mərkəzində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

O bildirib ki, Liderlər Sammitinin keçirildiyi ərazidə noyabrın 11-13-də dövlət və hökumət başçılarının hərəkəti zamanı hava limanından şəhərə, şəhərdən hava limanına hərəkət üçün plan hazırlanıb. Bir sıra məhdudiyyətlərin olacağı ilə bağlı məlumat ictimaiyyətlə paylaşılacaq.