Cennifer Morqan: İqlim maliyyəsi Almaniya üçün prioritetdir

İqlim maliyyəsi Almaniya üçün prioritet olub və olaraq qalır.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük donorudur: “Ümid edirik ki, qarşıdan gələn COP-da biz bu fonda töhfələrin həcmini artıra biləcəyik. İnkişaf Nazirliyimiz tərəfindən həyata keçirilən maliyyələşdirmənin böyük hissəsi “tələb-kredit/təklif” prinsipi əsasında həyata keçirilir. Buna görə də, uyğunlaşma tələbi nə qədər çox olarsa, bir o qədər də maliyyələşmə genişlənəcək”.