COP29-un nəticələri əsas sahələrdə davamlılıq üçün yol xəritəsi təqdim edir - Rumıniyalı nazir (ÖZƏL)

COP29-un nəticələri əsas sahələrdə davamlılıq üçün yol xəritəsi təqdim edir.

Bunu Trend-ə özəl müsahibəsində Rumıniyanın Ətraf mühit, sular və meşələr naziri Mirça Feçet bildirib.

“COP29-da qəbul olunmuş qərarlar “COP Üçlüyü”nün birgə səylərini əhəmiyyətli şəkildə formalaşdırmış olacaq, belə ki, COP30-da sədrlik Braziliyaya keçir. Bu nəticələr iqlim maliyyəsi, karbon bazarları və şəffaflıq kimi əsas sahələrdə davamlılığı təmin edir.”, -deyə o bildirib.

Feçet vurğulayıb ki, 300 milyard dollarlıq illik iqlim maliyyələşməsinin səfərbər olunması üzrə yeni hədəfin qoyulması “Üçlüyün” üzərinə son dərəcə vacib bir vəzifə qoyur – bu vəzifə dayanıqlı tərəqqini təmin etməkdən ibarətdir.

“Azərbaycanın COP29-a sədrliyi bu resursların səfərbər olunmasının təməlini qoyub, hərçənd Braziliyanın vəzifəsi hesabatlılıq prinsiplərinə riayyət etməklə özəl investisiyaların cəlb edilməsi ilə bağlı innovativ strategiyaların hazırlanmasından ibarət olacaq. Həmçinin İtki və Zərər Fondunun gələcək fəaliyyəti üzrə əlaqələndirilmiş işə ehtiyac var. Azərbaycanın ölkələr arasında etibarın möhkəmləndirilməsində nail olduğu uğur, Braziliyanın Fondu idarəetmə həssas ölkələrin təcili ehtiyaclarının ödənilməsi üçün vəsaitlərin bölüşdürülməsi üzrə mexanizmlərinin mükəmməlləşdirməsinə kömək edəcək. “Üçlük” bu mexanizmə olan gözləntilərlə bağlı məsələlərin həllində bu dinamikanı qoruyub saxlamalıdır.”, -deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, 6-cı maddə çərçivəsində karbon bazarlarının qaydalarının tərtibatının yekunlaşması, tullantıların azaldılması üzrə beynəlxalq əməkdaşlığın təməlini qoyur.

"Braziliyanın rolu, xüsusilə ölkənin əhəmiyyətli təbii karbon uducularını nəzərə alaraq, bu bazarların necə effektiv işləyə biləcəyini nümayiş etdirmək baxımından həlledici rol oynayacaq. "Üçlük" COP29-da müəyyən edilmiş ekoloji təminatlar və şəffaflıq standartlarının həyata keçirilməsində ardıcıllığı təmin edəcək.

Ölkələr öz gücləndirilmiş şəffaflıq strukturu çərçivəsində şəffaflıq üzrə ikiillik hesabatlarını hazırladıqları bir vaxtda, “Üçlük” xüsusilə inkişaf etməkdə olan ölkələrdə potensialın artırılması baxımından vacib rol oynayacaq. Braziliya böyük ehtimalla, regional əməkdaşlıq və həmin hesabatlar üzrə tələbələr riayyət olunmasını möhkəmləndirmək baxımından bu səylərə əsas dəstəyi göstərəcək.

Nəhayət, Braziliyanın sədrliyi COP29-un uğurlarını COP30-da daha iddialı hədəflərə nail olmaq üçün bir bazis kimi istifadə edəcək. Bu, 2025-ci ilə qədər təqdim edilməli olan yenilənmiş milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) razılaşdırılmasını da əhatə edir. "Üçlük" əldə edilən tərəqqinin itirilməməsini və Bakıda əldə edilən razılaşmaların Braziliyada konkret nəticələrə gətirib çıxarmasını təmin etmək üçün tədbirləri əlaqələndirəcək. "Üçlüyün" birgə işi COP29-da götürülən öhdəliklərin real iqlim tədbirlərinə çevrilməsində həlledici rol oynayacaq", – deyə nazir vurğulayıb.