Elm və Təhsil: Moskva Dövlət Universitetinin Bakı filialı dekan müavinləri vəzifələri üzrə müsahibə elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı Psixologiya, Riyaziyyat, Filologiya, Fizika fakültələrində dekan müavinləri vəzifələri üzrə vakant yerlər olduğunu elan edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.

Vakant vəzifələr haqqında məlumat:

• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;

• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;

• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;

• Semestr imtahanlarının keçirilməsində iştirak edir;

• Kafedralarda elmi-tədqiqat işlərinin müzakirə olunmasına və təhvil verilməsinə nəzarət edir;

• Dekanlıqda, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;

• Tələbələrlə bağlı tədris-tərbiyə işlərini və tələbələrin elmi fəaliyyətini istiqamətləndirir.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Profilə uyğun baza təhsili;

• Elmi dərəcə və elmi ad;

• Üç il elmi-pedaqoji staj;

• MS Office proqramlarında sərbəst işləmə bacarığı;

• Azərbaycan və rus dillərini bilməsi zəruridir.

Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzu hissəsində seçdiyi vəzifənin adını qeyd etməklə hr@msu.edu.az ünvanına 20.10.2024-cü il tarixinədək göndərə bilərlər.