Ankarada Şərqdə ilk qadın bəstəkar Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert olacaq

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) XXV Balet Günləri çərçivəsində Ankarada Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundovanın anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert olacaq.

TÜRKSOY-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın xatirəsinə həsr olunmuş qala-konsert sentyabrın 25-də Ankara Dövlət Opera və Balet Teatrında keçiriləcək.

Azərbaycan səfirliyindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tədbirə fəal təşkilati dəstək göstərəcəklər.