Polad Bülbüloğluna RF Başqırdıstan Respublikasının Xalq artisti adı verilib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna RF Başqırdıstan Respublikasının Xalq artisti adı verilib.

AZƏRTAC xəbər verir ki, bu mükafatı Polad Bülbüloğluna Ufada keçirilən MDB iştirakçı dövlətlərinin Yaradıcı və Elmi Ziyalılarının XVII Forumunda Rusiya Federasiyası Başqırdıstan Respublikasının rəhbəri Radi Xabirov təqdim edib.

R.Xabirov, həmçinin Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya “Xalqlar dostluğu” ordenini təqdim edib.