Azərbaycanın Xalq artisti alman teatrının səhnəsində Alfio partiyasını ifa edəcək

Almaniyanın qədim tarixə malik Manheym Opera Teatrı (Nationaltheater Mannheim) yeni mövsümün əvvəlində Lüdviqshafen şəhərindəki teatrında yeddi dəfə Pyetro Maskaninin “Kənd namusu” operasını təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 19-dan oktyabrın 6-dək göstəriləcək tamaşalarda Alfio partiyasını Azərbaycanın Xalq artisti Əvəz Abdulla ifa edəcək.

Pfalzbau teatrında oynanılacaq tamaşanın quruluşçu rejissoru Roland Velte, musiqi rəhbəri və dirijoru Yanis Liyepinşdir.