Məkkənin Hira bölgəsində Qurani-Kərim muzeyi açılıb

Məkkənin Hira bölgəsində yerli sakinlərin və ziyarətçilərin dini və mədəni təcrübəsini zənginləşdirmək üçün nəzərdə tutulmuş Qurani-Kərim muzeyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bəhreynin xəbər agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, Məkkə şəhəri və müqəddəs yerlər üzrə kral komissiyasının nəzarəti və dəstəyi ilə hazırlanmış muzey müasir texnologiyalar əsasında təşkil olunub.

Ziyarətçilər nadir əlyazmalar kolleksiyası, Qurani-Kərimin tarixi nüsxələri və Quranın tarix boyu qorunub saxlanmasını göstərən interaktiv vizual nümayişlərlə tanış ola bilərlər.