Bakıda Xeyriyyə Vyana Balı: parlaq debütlər və uşaqlara dəstək

Bakıda ilin ən gözlənilən tədbirlərindən biri olan Xeyriyyə Vyana Balı baş tutub.

"Report" xəbər verir ki, tədbir Vyana meriyası və Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Vyana balının Bakıya qayıtması ilə təşkilatçılar inanırlar ki, bu tədbir təkcə illik bir ənənə deyil, həm də mühüm beynəlxalq platformaya çevriləcək.

Tədbir çərçivəsində təşkil olunan hərracdan əldə edilən gəlir Heydər Əliyev Fondu və "SOS Children's Villages" beynəlxalq təşkilatına ianə edilərək qayğı və dəstəyə ehtiyacı olan uşaqlara yönləndirilib.

Ənənəyə əsasən, balda debütantlar arasından şahzadə və şahzadə xanım, həmçinin yetkin iştirakçılar arasından kral və kraliça seçilir. Bu fəxri titullar təkcə rəqs parketində parlayan deyil, eyni zamanda xeyriyyə təşəbbüslərində fəal iştirak edərək başqalarına ilham verən insanlara verilir.

Gallery