Azərbaycanda televiziyaların maliyyə dəstəyinə ehtiyacı var - İsmət Səttarov

Azərbaycanda televiziyaların maliyyə dəstəyinə ehtiyacı var.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlər üçün keçirilən brifinqdə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.

O qeyd edib ki, televiziya sahəsinin gəlirləri hər il azalmağa doğru gedir. “Azərbaycan televiziyalarının maliyyə dəstəyinə ehtiyacı var. Onların gəlirləri artmır. Lakin bununla bağlı təkliflərimizi hazırlayırıq”, - deyə o qeyd edib.

Özəl kanallara bu il üçün dəstəyin verilməsi məsələsinə də münasibət bildirən İ. Səttarov qeyd edib: “Dünyada televiziya sahəsinin gəlirləri ildən-ilə azalır. Bu, digital medianın inkişaf etməsi ilə reklam platformalarının sayının çoxalması ilə bağlıdır. Belə bir halda televiziyanın kommersiya gəlirləri artmır. Ölkəmizdə iqtisadi inkişaf nəticəsində əməkhaqları artır. Televiziyanın da biznes subyekti kimi gəlirləri gündən-günə çoxalır. Azərbaycanda televiziyaya dəstəyin müxtəlif formaları mövcuddur".