Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümün ikinci rübündə yeni səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxacaq. Teatrımız hər zaman klassik və müasir əsərləri repertuarımıza daxil edərək, tamaşaçılarımıza maraqlı və mənalı səhnə əsərləri təqdim etməyə çalışır. Yeri gəlmişkən, yaxın zamanda Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanan tamaşanın üzərində işlər tamamlanacaq. Yeni layihənin hazırlıqları davam edir. Bu tamaşada teatrımızın aktyor heyətinin böyük əksəriyyəti iştirak edəcək. Oxunuş məşqlərinə gələn həftə başlanacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində teatrın mətbuat katibi Samirə Əşrəf deyib. Onunla müsahibəni təqdim edirik.
-Ötən il teatrın təqdim etdiyi tamaşalardan danışardınız...
-Hazırda Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümün ikinci rübünə qədəm qoyub. Bu mövsüm ərzində bir çox mühüm tədbirlər həyata keçirilib. Sənətkarlarımızın yubiley tədbirlərini keçirmişik, müxtəlif festivallarda iştirak etmişik. Ötən ilin dekabrında son olaraq “Madaqaskarlı dostların Yeni il sərgüzəştləri” adlı tamaşa təqdim olundu.
Teatrımızın yaradıcı kollektivi ümumilikdə altı yeni tamaşa hazırlayıb. Bunlar: “Ümid nəğməsi” – Gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur. “Fiqaronun toyu” – Fransız dramaturqu Pyer Bomarşenin pyesi əsasında səhnələşdirilib. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. “Mən Feyerbaxam” – Alman dramaturqu Tankret Dorstun monotamaşasıdır. Tamaşada baş rolu Əməkdar artist Şövqi Hüseynov canlandırıb. “Cırtdanino” – Birhissəli tamaşadır. Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyevadır. “Tıq-tıq xanım” – Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanıb. Quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımovdur. Tamaşa həmçinin Lənkəran Dövlət Dram Teatrında da nümayiş olunub. “Qaraca qız” – Abdulla Şaiqin əsəri əsasında qurulub.
qurulub.
-Tamaşaların hazırlıq prosesində kollektivin rolu necə olur?
-Hər bir tamaşanın hazırlanması prosesində kollektivimiz böyük əzmlə çalışır. Məsələn, “Tıq-tıq xanım” tamaşasında rejissor assistenti Fuad Cavadzadə, rəssam Mustafa Mustafayev və rejissor Müşviq Əliyev kimi mütəxəssislər iştirak edib. Tamaşanın yüksək səviyyədə hazırlanması üçün hər bir üzv öz töhfəsini verir.
qurulub.
-Tamaşaların hazırlıq prosesində kollektivin rolu necə olur?
-Hər bir tamaşanın hazırlanması prosesində kollektivimiz böyük əzmlə çalışır. Məsələn, “Tıq-tıq xanım” tamaşasında rejissor assistenti Fuad Cavadzadə, rəssam Mustafa Mustafayev və rejissor Müşviq Əliyev kimi mütəxəssislər iştirak edib. Tamaşanın yüksək səviyyədə hazırlanması üçün hər bir üzv öz töhfəsini verir.
-Özbəkistana səfərinizin əhəmiyyəti nədən ibarət idi?
- Teatrımız Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları - İT Festivalında Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşanı uğurla təqdim edib. Özbəkistana səfərimiz həm beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, həm də teatrımızın tanıdılması baxımından böyük əhəmiyyət daşıyırdı. Bu səfər, həmçinin teatrımızın sənətkarlarının yaradıcılığını xaricdə təqdim etmək imkanı verdi.
-Son olaraq teatrsevərlərə arzularınız...
-Hər zaman olduğu kimi, sizlərin marağı və sevgisi bizə ilham verir. Hər kəsi teatrımıza dəvət edir, yeni tamaşalarımızı izləməyə çağırıram. Milli Gənc Tamaşaçılar Teatrı tamaşaçıların dəstəyinə böyük önəm verir.