“Sən həmişə mənimləsən” yenidən səhnədə

Oktyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Sən həmişə mənimləsən” tamaşası yenidən nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

“Sən həmişə mənimləsən” pyesi teatr səhnələrində illər əvvəl tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır. Tamaşada cərəyan edən hadisələr müasir zamanla səsləşir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.