Tanınmış türk yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi Azərbaycan səhnəsində

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi dekabrın 16-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, qastrol səfəri zamanı Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası nümayiş olunacaq.

Səhnə əsərində Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak edəcəklər.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.