2023-cü il ərzində ölkə ərazisində 3 milyondan çox ağac əkilib

2023-cü il ərzində ölkə ərazisində 3 milyondan artıq ağac əkilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova "Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada" mövzusunda keçirilən seminarda söyləyib.

“Cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib. Artıq başqa vurduğumuz yaz əkin mövsümündə 2 milyondan çox ağac əkilib”, - deyə o əlavə edib.